Paytaxtda ağır qəza
Bizi izləyin

Qırmızı.az

Paytaxtda ağır qəza

Gecə saatlarında Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, paytaxtın Səbail rayonunda “Shacman” və “Ford” markalı iki yük avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Ford” markalı minik avtomobilində olan 4 nəfər xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm