Qırmızı.az
Çingizin ad günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra
Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət
televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız
Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun
reportajları informasiya blokadasında olan Azərbaycan haqqında
gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və
televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan
senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət
imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215
kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və
yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən
olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn
məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə
qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən
bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda
xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən
siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə
pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir
reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi
filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın
imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş
zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər,
bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə
götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə
verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə
yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni
teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı
kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın
Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak
olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən
sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli
Qəhrəmanıdır.
Bu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının
açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz
Mustafayevin doğum gününə təsadüf edir.
Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o
cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksonun
oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq.
Təqdbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.
CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki
İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə
həyata keçirilir.
Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin,
22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat
21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir.
Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş
etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər