I Yay Məktəbinin bağlanış mərasimi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

I Yay Məktəbinin bağlanış mərasimi keçiriləcək

Bu gün “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən təşkil olunan I Yay Məktəbinin bağlanış mərasimi keçiriləcək.

Publika.az-ın məlumatına görə, 60 iştirakçını Mingəçevir şəhərinə bir araya toplayan layihənin əsas məqsədi iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdir.

Altı komandaya bölünən iştirakçılara layihələrin idarə olunması, natiqlik və digər mövzularda təlimlər keçirilib.

Yay Məktəbinin bağlanış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov, tərəfindən nitq söylənəcək və layihələr qiymətləndirələcək. Qiymətləndirmə əsasında ilk üç yeri tutmuş komandaların layihələri Təşkilat tərəfindən həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm