Erməni terrorçusunun Qarabağda törətdikləri vəhşiliklər - ETİRAFLAR
Bizi izləyin

Qırmızı.az

Erməni terrorçusunun Qarabağda törətdikləri vəhşiliklər - ETİRAFLAR

Əvvəllər terror aktlarına yalnız millətçi mövqedən yanaşan “ASALA” terror təşkilatının 15 iyul 1983-cü ildə Parisin Orli beynəlxalq hava limanına hücum etməsi ilə bu yanaşmaya son qoyuldu.

Həmin terror aktı nəticəsində 8 nəfər həlak oldu, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Əsas məsələ partlayışda türklərlə yanaşı Fransa, ABŞ və İsveç vətəndaşlarının da öldürülməsi idi. Partlayışdan dərhal sonra Fransa polisi “ASALA” ilə əlaqəli olan 51 nəfəri həbs etdi, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirildi və 6 nəfərə terror aktının təşkili ilə əlaqədar ittiham irəli sürüldü.

Məhz bu terror aktı nəticəsində “ASALA” daxilində parçalanmalar başladı. Akopyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb oldu və bu narazılıq 1983-cü ildə təşkilatın bir çox kiçik qruplara parçalanmasına səbəb oldu. Lakin təşkilat həmin ildə əsas iki qruplaşmadan ibarət idi. Yunanıstan və Fələstin ərazilərində yerləşmiş Akop Akopyanın qrupu və Monte Melkonyannın liderliyindəki Qərbi Avropadaki qrup-"Asala İnqilab Hərəkatı". Təşkilat daxilində qruplararası sui-qəsdlər təşkilat liderlərinə qarşı hücumlarla intensivləşdi. Akopyanın öldürülməsindən sonra bir çox dayaqlarını itirən “ASALA” Melikonyanın başçılığı altında birləşməyə başladı. “ASALA”nın Yaxın Şərqdə, xüsusilə də Fələstin, Livan və Suriyada mövqeləri müəyyən qədər parçalanmaya məruz qalsa da,yalnız bir faktor Azərbaycana qarşı elan olunmamış bir müharibənin-Qarabağ müharibəsinin başlanması onların vahid cəbhədə yenidən birləşməsinə səbəb oldu.

Melikonyanın ətrafında birləşən qüvvələr xarici ölkələrdə güclü dayağa malik olan erməni lobbisi tərəfindən dəstəklənirdi. Fransada “ASALA”ya qarşı olan ədalətli həbslər dövründə belə erməni lobbisi daim hərəkətdə idi. Demək olar ki, Qarabağ müharibəsinin ilk illərində silah, maliyyə, yeni könüllü dəstələrin təşkili və onları koordinasiya edən şəxslərin “ASALA”nın köhnə liderləri arasından seçilərək göndərilməsi erməni lobbisinin rolunu bir daha təsdiq edirdi. Terror təşkilatının liderlərindən biri olan Hovsep Hovsepyan isə nədənsə hamı tərəfindən unudulur. Yuxarıda verilən məlumatlar birbaşa Hovsepyanın terrorçu fəaliyyəti ilə sıx bağlıdır. Köçkün erməni ailəsində Marseldə doğulan Hovsepyan “ASALA”nın parçalandığı bir dövrdə Melikonyana tabe olan qüvvələr arasında Fransada yaşayırdı. Aramazd.livejournal.com jurnalına müsahibə verən Hovsepyan həmin dövrdə Fransada olan vəziyyəti bu cür təsvir edir: “…Təəssüf ki, gizli orduların yaradılmasına qədər, doğulduğum doğma Marseldə ermənilərin çoxları öz mənşəyini hətta, milli kökləri haqqında belə danışmağı unutmuşdu…Şişirtmədən deməliyəm ki, erməni gənclərini komadan ayıltmaq bizim silahlı mübarizəmizin əsas problemlərindən biri idi...”.

Buradan belə aydın olur ki, Qarabağa gələnə qədər təşkilat Fransada, xüsusilə də Marseldə erməni gənclərinin öz sıralarına daxil olmasında təbliğat fəaliyyəti göstərirdi.

Yuxarıda qeyd eydiyim kimi Orli hava limana edilmiş hücumnan sonra fransız polisinin təqiblərindən qaçmağa çalışan Hovsepyan həmin illəri bu şəkildə xatırlayır: “…1985-ci ildə Fransız polisi məni birinci dəfə həbs etdi. Rəsmi ittiham təstiq edildi. İddiaya görə mən hava limanından mərkəzi banka məxsus böyük miqdarda pul daşıyan zirehlimaşınların oğurlanmasında iştirak etmişəm. Çoxsaylı dindirmələrdən sonra müntəzəm göndərilmiş bülletenlər ələ keçirilmişdi ki, orada mənim Avropanın müxtəlif paytaxt şəhərlərində türk diplomatlarına qarşı gerçəkləşdirilən cinayətlər və zorakılıqlar haqqında məlumatlar vardı. Tədricən hiss etdim ki, məhkəmə zamanı özümə haqq qazandıra bilməyəcəm və bir dəfə dindirmə otağından çıxaraq qaçdım. İlk əvvəl Fransada gizləndikdən sonra Yuqoslaviya, Yunanıstan, Kiprə keçdim və iki ilə yaxın 30 ölkə dəyişdim.Monte Melikonyan həbsdən azad edildikdən sonra Ermənistana birgə getməyi qərara aldıq. Əlbətdə bir çox yollar ilə.

Mən birinci dəfə Qarabağa 1990-cı ildə Leonid Azqaldyandan sonra gəldim. Bizim məqsədimiz “milli azadlıq ordusu”nun yaradılması idi. Bu zaman könüllülərin cəlb edilməsində problemlər vardı. Əlbətdə ki, artıq kiçik döyüş qrupları formalaşırdı, mübarizə edirdilər. Lakin rejimə inam, Qorbacovun yenidənqurma siyasəti güclü idi. Bu səbəblə çoxları bizə inamsızlıq edir, şəxsi qüvvələriylə qələbəyə inam gətirmirdilər. Bütün bunlara baxmayaraq ağır qış şərtləri altında meşədə Leonid və mən hərbi düşərgənin əsasını qoyduq. Qarabağın 27 yaşayış yerində, Xocavənd, Hadrut, Ağdərənin “azadlığı uğrunda” mübarizə etdik...” (Söhbət Azərbaycan ərazilərinin işğal edilməsindən gedir-red)

Tərçümədən aydın olur ki,Hovsepyan Melikonyanla Qarabağa gələrək Leonid Azqaldyanla birgə “Azadlıq Ordusu”nu təşkil edib.

Məlumatlara görə, Hovsepyan ələ keçiriləcək pulları müxtəlif kanallar vasitəsilə Ermənistanda yeni-yeni formalaşan dəstələrə göndərməli idi.

Məlumat üçün bildirək ki, Leonid Azqaldyanla birgə yaradılmış “Azadlıq Ordusu” 1991-ci ilin yanvarında İrəvanda Ermənistandan 6, diaspordan 6, Qarabağdakı ermənilərdən isə 86 nəfərin qatılmasıyla yaradılıb.

Təşkilatın hərbi düşərgəsi isə Hovsepyanın verdiyi məlumata əsasən meşədə yaradılır. Müsahibəsində özünün bildirdiyi məumatlara görə ayağıdan yaralanan Hovsepyan vertolyot vasitəsiylə İrəvana gətirilir. Hovsepyan orada “ASALA”dan olan keçmiş döyüşçü dostu Astvatsadur Petrosyanla görüşür. Terrorçu bunu belə xatırlayır: “…Təəssüf ki, ayağımdan yaralandım. Səhra məntəqəsi məni müalicə etmək iqtidarında deyildi. Vertolyotla Ermənistana gətirdilər və təmamilə təsadüfən mənim təcrübəli, köhnə döyüş yoldaşım Astvatsadur Petrosyanla görüşdüm. Hansı ki,o zaman onu səmimi olaraq Alik deyə çağırırdıq. O,bir an üçün ayrıldı və Qarabağa praktiki yardım olaraq səmərəli döyüş üçün yalnız Ermənistanda təlim görəcək könüllü dəstələrin olmasını bildirdi. Sonra mənə yüksək döyüş təlim mərkəzi yaratmaq üçün hərbi təlimatçı vəzifələrini daşımağı təklif etdilər. Mən əlbətdə imtina etdim çünki xüsusilə Vladimir Balayan, Leonidin ölümündən sonra mən Ağdərədə qalan dəstəmi taleyin hökmünə buraxa bilməzdim…Məndən qısa müddətdə həllediçi döyüşlərdə vuruşmaq üçün tabor yaratmağımı istədilər…”.

O bildirirdi ki,taborun formalaşması üçün Kanaker və Armavir hərbi təlim düşərgələrində təlimlər keçiblər. Müsahibəsində bir sıra məqamlara aydınlıq gətirən terrorçu bildiri ki, “...o zaman bizə memar Aleksandr Tamanyanın oğlu fizik Aleksandr Tamanyanda qoşuldu. Bilmirdim ki, haradan nəhəng fiziklər gətirim və bizim oğlanlara hədəfi incəliklə bombalamağı öygədim. O, hətta həmkarları üçün yeni silah icad etdi və orada-ön cəbhədə sınaqdan keçirildi. Bu arada bütün gün, həmin saat Qarabağdan, xüsusilə Ağdərədən Qandzasar yaxınlıqlarından narahatediçi xəbərlər çatırdı. Biz aylarla tələb edilən hazırlığı 10 günə bitirmiş və şərəf sırasına düzülmüşdük. 500 könüllüdən Qarabağa getməyə 375-nəfər hüquq qazandı. 9 atıcı tağımı, mühəndis istehkam, rabitə, minaatanlar, kəşfiyyat və nəhayət xüsusi tapşırıqlar yerinə yetirən “X” dəstəsi yaradıldı.

Sonuncu gün Alik Petrosyan mənə bildirdi ki, taborun ümumi rəhbəri və koordinatoru vəzifəsini etibar ediblər…”

Əldə edilən məlumatlara görə “ASALA” nın liderlərindən biri olan Astvatsadur Petrosyanın Vazgen Sarkisyanla isti münasibətləri olub.

Buradan aydın olur ki, Hovsep Hovsepyan lobbi dəstəyilə Fransadan Qarabağa gələn terrorçu lider kimi erməni ordusunun formalaşmasında mühüm rol oynayıb.

O,müharibənin ilk dövrlərində özü ilə birlikdə 6 nəfərdən ibarət olan terrorçu qrupla Azqaldyanın seperatçı “Azadlıq Ordusunun formalaşmasında iştirak etmiş, Azərbaycana məxsus 27 yaşayış yerində, Xocavənd, Hadrut və Ağdərə ərazilərdə terror aktlarını təşkil etmişdi. Aşağıda göstərilən fotodan da aydın olur ki, Hovsepyan 1992-ci ildə Ağdərənin işğal edilməsiondən sonra Laçındakı döyüşlərdə də iştirak etmişdi.

Yeni bir erməni taborunu formalaşdıran Hovsepyanın fiziklərdən istifadə etməsi, ərazilərimizdə yeni növ silahların sınaqdan keçirməsi isə onun “ASALA”dakı terror təcrübəsindən bəhrələnirdi.

modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm