Bəhram Bağırzadə Qurban Qurbanova niyə zəng edib?
Bizi izləyin

İdman

Bəhram Bağırzadə Qurban Qurbanova niyə zəng edib?

Bəhram Bağırzadə Qurban Qurbanova niyə zəng edib?

“Qarabağ”ın avroliqanın qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanda böyük coşquya səbəb olub.

Hər kəs qələbə münasibətilə “Qarabağ”a təbrik ünvanlayır. Çılğın futbol azarkeşi kimi tanınan Bəhram Bağırzadə “”Qarabağ”ın qələbəsinə biganə qalmayıb.

Publika.az açıqlama verən Bəhram bəy oyundan sonra Qurban Qurbanova zəng etdiyini bildirdi:

“Əvvəlcə ona mesaj yazdım. Yazdım ki, təbrik edirəm, Allah sizi qorusun. Azərbaycana sevinc bəxş etdiniz. Sonra dözmədim, Hollandiyaya zəng etdim. Ürək sözlərimi Qurban bəyə dedim.

“Neftçi”nin də oyununu stadiondan izlədim. Təəssüf ki, “Neftçi”də komanda oyunu görmədim. Amma “Qarabağ” əsl Avropa futbolu nümayiş etdirdi. Qurban Qurbanov liderdir. O, gözəl komanda formalaşdırıb. Ona dəstək olmalıyıq ki, bu uğurun davamı gəlsin”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm