İyirmi ukraynalı Livan əsirliyindən qurtuldu
Bizi izləyin

Dünya

İyirmi ukraynalı Livan əsirliyindən qurtuldu

Livanda 3 il qiyamçıların əsirliyində olan 20 ukraynalı nəhayət azad edilib.

Publika.az TCN kanalına istinadən xəbər verir ki, 2011-ci il sentyabrın 6-da Livanın neft mədənlərində işləməyə gələn 23 ukraynalı mütəxəssis Livan qiyamçıları tərəfindən əsir alınmışdı.

Qiyamçılar onları Kəddafi rejiminə yardım etməkdə və diktatorun hərbi texnikasını təmir etməkdə suçlayırdılar.

2012-ci ildə diplomatik danışıqlar nəticəsində əsirlərdən 3-ü azad edilmişdi.

Həmin il aprelin 4-də isə Livan məhkəməsi qalan 20 nəfər haqqında həbs qərarı çıxarmışdı.

Ukrayna hökuməti diplomatik səy göstərərək öz vətəndaşlarını darda qoymadı. Məhkəmə qərarından Livan Apellyasiya Məhkəməsinə şikayət verildi.

Nahəyət, 3 illlik mübarizədən sonra ukraynalı əsirlər bəraət alaraq azad olunublar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm