Əfsanəvi idmançı “Qarabağ”ı təbrik etdi – FOTO
Bizi izləyin

İdman

Əfsanəvi idmançı “Qarabağ”ı təbrik etdi – FOTO

Əfsanəvi idmançı “Qarabağ”ı təbrik etdi – FOTO

İkiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, cüdo üzrə əməkdar idman ustası İlham Zəkiyev də “Qarabağ”ın qələbəsinə biganə qalmayıb.

İlham Zəkiyev “facebook” səhifəsindən Azərbaycan çempionunu Avroliqanın qrup mərhələsinə adlaması münasibəti ilə təbrik edib. Publika.az xəbər verir ki, o sosial şəbəkədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla birlikdə çəkilmiş şəklini paylaşaraq öz təbrikini çatdırıb:

“Təbriklər, Qurban Qurbanov! Təbriklər " Qarabağ"! Təbriklər, Azərbaycan! Ürəkləri qürurlandırdınız. Sizinlə fəxr edirik”.

Qeyd edək ki, dünən “Qarabağ” “Tvente”ni mübarizədən kənarlaşdıraraq avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm