Ömrünün 38 ilini həbsdə keçirən “zek”: “Azadlıqda yaşamaq çətindir”
Bizi izləyin

Qırmızı.az

Ömrünün 38 ilini həbsdə keçirən “zek”: “Azadlıqda yaşamaq çətindir”

Ömrünün 38 ilini həbsxanada keçirməklə 6 dəfə məhkumluq həyatı yaşayan Bakı şəhər sakini 53 yaşlı Vyaçeslav Şapovatov 7-ci dəfə həbs olunub.

Nizami Rayon Polis İdarəsindən Publika.az –a verilən xəbərə görə, o, özündə olan qanunsuz odlu silahı Keşlə qəsəbəsində satmaq istəyərkən tutulub. Saxlanılarkən “AKM” markalı avtomat 2 ədəd güllə darağı ilə birlikdə polisə təqdim olunub. İstintaqa ifadəsində əməlindən peşman olmadığını, 17 yaşından həbsxana həyatına öyrəşdiyini deyib.

Şapovatovun sözlərinə görə, azadlıqda yaşamaq ona çətin gəlir.

Tutularkən onun üzərindən istehlak miqdarından artıq narkotik maddə olan marixuana da aşkar edilib.
Qeyd edək ki, o, həbsxanadan ötən il azadlığa çıxmışdı.

Faktla bağlı Vyaçeslav Şapovatov barəsində 7-ci dəfə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm