Qırmızı.az
Səlim Müslümov beş rayonun sakinləri ilə görüşdü
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
ƏƏSMN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlər imtiyazlı şəxslərin reabilitasiya vasitələri və sanator-kurort yollayışları, protez-ortopedik məmulatlarla təmin olunması, dövlət hesabına mənzil və minik avtomobili almaq üçün növbəyə dayanma, əmək hüquqlarının və məşğulluğun təminatı və s. məsələləri əhatə edib.
Sakinlərin müraciətlərində əksini tapan bir sıra məsələlərin həll olunması, həmçinin ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılaraq aidiyyatı üzrə sosial təminat növlərindən yararlanmaq hüquqlarının müəyyən edilməsi üçün yerindəcə göstərişlər verilib. İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən qeydiyyata alındığı diqqətə çatdırılıb. S.Müslümov respublikanın bölgələrində yaşayan və protez-ortopedik məmulatlara ehtiyac duyan əlillərin bununla əlaqədar uzaq yol qət edərək artıq Bakıya gəlməsinə ehtiyac olmadığını qeyd edib:
“Ötən ilin sonlarından nazirlikdə müvafiq əmr əsasında yaradılan səyyar tibbi-texniki briqadalar respublikanın regionlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərir. Həmçinin onların ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılır. Ölkənin bütün bölgələrində belə səyyar xidmət həyata keçiriləcək”.
S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı şəxslərin təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququnun araşdırılması, eləcə də belə ailələrin əmək qabiliyyətli üzvlərinin qısa müddətdə səmərəli məşğulluğunun təmin olunması, üçün konkret tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.
“Əhalinin sosial müdafiəsi mərkəzlərinin məşğulluq mərkəzləri ilə bu sahədə əlaqəli fəaliyyəti gücləndirilməkdədir. Hər iki mərkəz sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərməlidir, bunun üçün bütün imkanlar nəzərdən keçirilməli və yalnız son həddə ünvanlı yardım təyinatı aparılmalıdır”.
Qəbul zamanı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə, peşə hazırlığına cəlb olunma və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər də cavablandırılıb, müvafiq izahatlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin edilib.
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU