Dərbənd üzərindən Azərbaycana təhlükəli ssenari - Şok Detallar
Bizi izləyin

Nida.az

Dərbənd üzərindən Azərbaycana təhlükəli ssenari - Şok Detallar

Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı aparılan kampaniyanın pərdəarxasının şok detalları məlum olub.

Publika.az-a özəl mənbələrdən daxil olan məlumata görə, hər şey gələn Dərbənd şəhərinin gələn il keçiriləcək 2 min illik yubileyi ilə bağlıdır.

Məqsəd həmin vaxta qədər şəhərin Azərbaycana bağlılığını qopartmaqdır. “Qurbanovun istefası tələbi də buradan qanaqlanır. Qarşıya belə bir məqsəd qoyulub ki, iki min illik yubiley tədbirində şəhərin tarixi Azərbaycan torpağı olması haqqında bir cümlə belə işlədilməsin. Qurbanov o vaxta qədər vəzifədə qalsa, rayon icra hakimiyyəti kimi həmin yubileydə iştirak edəcək və Dərbəndin tarixi Azərbaycan torpağı olduğunu mütləq dilə gətirəcək. Moskvanın bu istəyindən Dərbəndəki avar və ləzgi klanları öz məqsədləri üçün istifadə edir. Bu klanlar əvvəldən Qurbanovlara qarşı mövqedə dayanıblar. Bu indi onlar üçün əla fürsətdir”, - deyə Dağıstandakı mənbə bildirib.

Mənbə əlavə edir ki, rayon icra hakimiyyətinə başçı seçki yolu ilə seçildiyi üçün Qurbanov 2015-ci il seçkilərinə qədər bu vəzifədə olmalıdır: “Lakin iki min illik yubiley seçkidən əvvəl baş tutacaq. Ona görə də Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri əslən tabarasanlı olan Azadi Rəhimovu özünə müavin gətirsin, ardınca da “səhhətindəki problemlərə görə” vaxtından əvvəl istefa verərək yerini ona təhvil versin. Lakin o, buna razılaşmadı və alternativ yollara keçdilər. Baş prokurorluq yanında İqtisadi Cinayətkarlığa qarşı mübarizə idarəsi rayon icra hakimiyyətinin binasına basqın edərək bütün arxiv sənədlərini götürdü. Bundan sonra yerli əhalinin iştirakı ilə istefa aksiyaları keçirildi. Hazırda rayon icra hakimiyyətinin fəaliyəti sıfır səviyyəsindədir. Qurbanov istefa verənə qədər də bu davam edəcək. Bütün işləri Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev yerinə yetirir. Burada da onun ortağı aparat rəhbəri erməni əsili Arsendir. Onun da azərbaycanlının başçı olmamasında maraqları var”.


Qurbanovlara qarşı kampaniyada kimlər yer alır?

Avanesov Aleksandr Ambarçumoviç: Ermənidir, Dərbənd şəhər icra hakimiyyəti başçısı aparatının rəhbəri vəzifəsini daşıyır.

Şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri onunla razılaşdırılmış şəkildə həyata keçirdir. Kremldə dayaqlara malikdir. İrəvanla sıx təmaslarda olur.

İmam Yarəliyev: Dərbənd şəhər icra hakimiyyətinin başçısıdır. Vaxtilə Dağıstanın baş prokuroru olub. Fəaliyyəti dövründə Azərbaycana qarşı açıq çıxışları ilə seçilib. Qurbanovları heç vaxt qəbul edə bilməyib. Onun məqsədi Qurban Qurbanovun yerinə keçməkdir.


Mübariz Mursalov: Miliyyətcə ləzgidir, Dərbənd şəhərində yaşayır. Məlumatlara görə, vaxtilə əks-kəşfiyyatçı kimi də fəaliyyət göstərib. Sovetlərin dövründə hərbi jurnalist kimi işləyən Mursalov ittifaq dağılandan sonra Moskvada “Lezginskiy vesti” qəzetini buraxaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib.


Sergey Melikov: Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsidir. O, da milliyətcə ləzgidir. Rütbəsi general-polkovnikdir.

Adları bəlli olan bu şəxslərdən başqa bir sıra digər şəxslər də bu kampaniyada yer alır.


Klanlararası “müharibə”


Hazırda Qurbanovlara qarşı aparılan kampaniya Dağıstanda avar və ləzgi klanlarının hakim mövqeyə sahiblənməsidir. Düzdür, faktiki olaraq bu klanlar hakimiyyətdədir. Lakin Dərbənd kimi strateji rayona azərbaycanlının rəhbər olması həzm edilmir. Qurban Qurbanova qarşı atılan addımlarla onun qardaşı Maqomed Qurbanovun işdən çıxarılmasında paralellik var. Bunu Q.Qurbanovun özü də açıqlayıb.
Qeyd edək ki, M.Qurbanov Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Ötən ilin mart ayında vəzifədən çıxarılıb. Bir il müddətinə boş qalan bu postda bu il Dağıstan prezidenti Ramazan Abdulatipovun sərəncamı ilə Marat İsgəndərov təyin olunub. Yeni rəhbər kumık əsillidir.
Qurbanovların sıxışdırılmasında onların Bakı ilə isti münasibətlərə malik olması da xüsusi amildir. Nəticə etibarilə, bu gün Dağıstanda avar və ləzgi klanları öz qüdrətlərini artıraraq hakim mövqeyə sahibləniblər.

Qurbanovların təmizlənməsi ilə proses başa çatacaq

Bu proseslərin fonunda Dərbənd şəhərinin iki min illik yubileyi ilə bağlı məlumat diqqət çəkəndir. Burada ümumi mənzərə Dərbəndin tarixi Azərbaycan şəhəri olması faktını itirməkdən gedir. Hansı ki, son bir neçə yüz il ərində bu siyasət demoqrafik vəziyyətin dəyişdirilməsi ilə davamlı olaraq aparılıb. Bunun üçün son 300 ildə Dərbəndin dəyişən etno mənzərəsinə nəzərə salmaq vacibdir.

Sankt-Peterburq İmperator Akademiyasının akademiki S.Q.Qmelin 1770-ci ildə Dərbənddə etnoqrafiyası ilə bağlı hazırladığı hesabatda deyilir ki, Dərbənd şəhərində 11 min 600 nəfər əhali yaşayır. Onlardan 10 min 777 min nəfər türk-azərbaycanlı, 444 nəfər yəhudi, 239 nəfər isə ticarət məqsədilə buraya müvəqqəti olaraq yaşamaq üçün gələnlərdir.


100 il sonra - 1873-cü ildə Çar Rusiyasının qərarı ilə ölkədə bütün regionlar üzrə əhalinin siyahıya alınması zamanı V.Sabrovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı Dərbənd əhalisi 11 min 278 nəfər olub. Onlardan 9 min 572 nəfər türk idi.


Üstündən daha 100 il ötür. 1989-cu ildə Dərbəndin 100 min nəfər şəhər əhalisinin 21 min 600 nəfəri azərbaycanlı olaraq sənədlərə keçib.

Bu günün rəsmi statistikasına görə, şəhərin 101 min əhalisinin (47 kəndin əhalisini buraya daxil etmirik) 32 min 064 nəfəri azərbaycanlı, 32 min 955 nəfər isə ləzgilərdir.

Bu demoqrafik dəyişkənliyin fonunda son 300 ilə yaxın tarixdə Dərbənd əhalisinin çoxluğunu təşkil edən azərbaycanlıların mərhələ-mərhələ öz yerini digər xalqlara verdiyini görmək mümkündür. Qurbanovların Dərbənd mənzərəsindən silinməsi ilə bu proses müəyyən mənada tamamlanmış olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm