“Arif Hacılı süni şişirdərək İsa Qəmbəri kölgədə qoyurlar”- Müsavatda qalmaqal
Bizi izləyin

Nida.az

“Arif Hacılı süni şişirdərək İsa Qəmbəri kölgədə qoyurlar”- Müsavatda qalmaqal

Avqustun 28-də Müsavat Partiyasında başqanlıq yarışına start verildi.

Publika.az xəbər verir ki, Müsavat üzvləri sosial şəbəkələrdə artıq namizədlər ətrafında toplanaraq qarşı-qarşıya gəlirlər.

Müsavat üzvü Könül Əliyevanın Arif Hacılını müdafiə edən statusu qalmaqala səbəb olub.
“İnanıram ki, Arif Hacılı başqan seçilərsə, partiyaya yeni nəfəs gələcək. Bəzi qüvvələrin ümidləri boşa çıxacaq. Birlikdən, bütövlükdən dəm vurub vurub-yıxmaq, dağıtmaqla məşğul olmaqdansa, favorilərinin (namizədlərin-red) təbliğatı ilə məşğul olsunlar. Başqan seçimlərində əqidədaşlarına düşmən münasibəti bəsləməsinlər. Sonradan peşman olacaqları sözləri, ironiyalı atmacaları özlərində saxlasınlar”, - o, yazıb.


Bu sözlər digər namizədlərin tərəfdarı olan müsavatçıları əsəbiləşdirib. Rövşən Murad adlı müsavatçı istifadəçi buna reaksiyasında bildirib ki, bəzi müsavatçılar Arif Hacılını süni şişirtməklə Müsavat Partiyasının və İsa Qəmbərin böyüklüyünə kölgə saldıqlarının fərqində deyilər: “Kim Müsavat Partiyasının varlığını Arif bəy və başqa fərdlərlə bağlayırsa, böyük səhv edir. Müsavatı heç kim şəxsi malı hesab edə bilməz. O, Rəsulzadənin bu xalqa bəxş etdiyi əmanətdir və o əmanəti kimsə qrup marağının qurbanına çevirə bilməz. Müsavatçılığı müəyyənləşdirmək üçün də heç kimə səlahiyyət verilməyib”.


Məhəbbət Muradov adlı müsavatçı isə K.Əliyevaya məsləhət görüb ki, gələcəkdə peşman olacağı səhvi etməsin: “Vaxtilə Yeganə Hacıyeva da aldanıb partiyadaşlarına şər atdı, amma sonra peşman olub istefa verdi”.

Müsavat Partiyasının Masallı rayon şöbəsinin sədri Xasay Səfəroğlu isə Arif Hacılının müdafiəsinə qalxıb.
“Buraxın subordinasiyanı, hörməti, bəzi müsavatçılar nəinki Arif bəyi qəbul etməyib tənqid edirlər, hətta arada əndazəni aşanlar da olur”, - deyə o, bildirib.


Qeyd edək ki, başqanlıq mübarizəsində partiya rəhbərliyi, həmçinin funksionerlər kəskin rəqabəti gizlətməyə çalışsalar da, sosial şəbəkələrdə bu özünü biruzə verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm