Bakıda silah-sursat satan şəxslər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda silah-sursat satan şəxslər tutuldu

Polis əməkdaşları silah-sursat alıb-satan şəxsləri həbs ediblər.

Yasaman Rayon Polis İdarəsindən Publika.az –a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi ilə birgə əməliyyat keçiriblər. Nəticədə Şəki şəhər sakini Anar Süleymanov saxlanılıb. Onun üzərindən “AKMS” markalı silah, 55 ədəd patron və “RPK” pulemyotu üçün nəzərdə tutulmuş disk aşkarlanıb. Anar Süleymanov həmin silahı tanışı, Bakı şəhər sakini Şahin Quliyevdən aldığını deyib.

Polis Şahin Quliyevi də həbs edib. Silahlar polisə təhvil verilib və onlardan cinayətdə istifadə edilib-edilmədiyi araşdırılır.

Qeyd edək ki, saxlanılan Anar Süleymanov əvvəllər də məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm