Qarabağ əlillərinə sosial pasportlar veriləcək
Bizi izləyin

Qırmızı.az

Qarabağ əlillərinə sosial pasportlar veriləcək

Qarabağ müharibəsi əlillərinin sosial müdafiə problemlərini nəzarətdə saxlamaq üçün onların hər birinə və ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Publika.az-a verdiyi açıqlamaya görə, Qarabağ müharibəsində öz sağlamlığını itirmiş əlillərə verilən bu sənəd onların sosial vəziyyətlərini nəzarətdə saxlayıb yaxşılaşdırmaq məqsədi daşıyır.

Elman Babayev belə deyib: “Hazırda bu prosesin yekunlaşmaq üzrə olduğunu deyən nazirlik rəsmisi bildirdi ki, bu pasportda hər bir Qarabağ müharibəsi əlilinin bütün göstəriciləri öz əksini tapacaq: “Burada hər bir əlilin ailəsi barədə məlumat, onların işləyib-işləməməsi barədə məlumat veriləcək, nə qədər müavinət və nə qədər sosial yardım almaları, indiyədək hansı müalicələri aldıqları və bundan sonra hansı müalicələrə ehtiyaclarının olması ilə bağlı məlumatlar və bütün sosial məsələlər öz əksini həmin pasportlarda tapacaq”.

Hər bir əlil üçün ayrıca elektron qaydada da məlumat yaradılacağını deyən Elman Babayev bildirdi ki, yaxın vaxtlarda artıq bu pasportlardan istifadə olunacaq. Bütün müraciət edən Qarabağ müharibəsi əlillərinin həm elektron, həm də kağız üzərində olan pasportuna baxılacaq.

Elman Babayev qeyd edib: “Azərbaycanda bu təcrübənin ilk dəfədir tətbiq olunduğunu deyən Elman Babayev bildirdi ki, ölkəmizdə 12 min Qarabağ əlili var ki, proses onların hamısını əhatə edəcək: “Onlar haqqında indiyədək dolğun informasiya olmayıb. Yaradılan mükəmməl baza bizə onunçün lazımdır ki, biz bu informasiyanı toplayaraq onlar üzərində təhlilər apara bilək”.

“Qarabağ Əlilləri və Veteranları” Cəmiyyətində isə sosial müdafiə pasportlarından xəbərsiz olduğunu deyirlər. Cəmiyyətin sədri Növrəstə Yusifovanın Publika.az-a verdiyi acıqlamasında bildirib ki, onlarda yeni pasportların hazırlanması ilə bağlı heç bir məlumat yoxdur: “Bu barədə məlumatımız yoxdur. Təki bizə faydalı bir şey olsun”.

Bir neçə Qarabağ əlilindən də sosial pasportlarla bağlı hansı gözləntilərinin olması ilə maraqlansaq da, onlar da hazırlanan yeni sənədlərdən xəbərsiz olduqlarını bildirdilər.

Qeyd edək ki, dünya təcrübəsində də əlillərin sosial pasportlarının yaradılması ilə bağlı təcrübə var. Qonşu Rusiyada bu prosesə artıq bir neçə ildir ki, start verilib. Rusiya Federasiyasının müxtəlif vilayətlərində sosial müdafiə orqanları I Dünya Müharibəsi veteranların yaşayış vəziyyətlərinin öyrənilməsi məqsədilə sosial elektron baza yaradıblar. Orada hər bir əlilə fərdi şəkildə baş çəkib onların ehtiyacları ilə maraqlanırlar. Bu ölkədə ilkin mərhələdə birinci qrup əlillərin sosial elektron bazası yaradılır və ikinci mərhələdə isə onların evlərinə reabilitasiya briqadalarının göndərilməsi nəzərdə tutulub. Briqadalar masaj, müxtəlif vannalar və fizioterapiya prosedurları keçirəcəklər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm