Putin Poroşenkoya hansı sənədi imzalatmaq istəyib – Foto
Bizi izləyin

Dünya

Putin Poroşenkoya hansı sənədi imzalatmaq istəyib – Foto

“Ukrainskaya pravda” (Ukrayna həqiqətləri) agentliyinin əməkdaşı Sergey Leşenko Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin müavini Valeri Çalıya istinadla prezidentlərin Minskdə keçirilən görüşünə dair yeni faktlar ortaya qoyub.

Axar.az xəbər verir ki, bu məqamları Leşenko öz bloqunda yerləşdirib.

Leşenko Çalıya istinadla vurğulayıb ki, Minsk görüşündə Rusiya prezidenti Vladimir Putin böyük cəhdlərlə danışıqlarda Ukraynadakı hərbi qarşıdurmalardan deyil, iqtisadi əlaqələrdən bəhs edilməsinə çalışıb. Bundan başqa, onun hər hansı kompromisə getməyəcəyi görüşün elə əvvəlindən bəlli olub:

“Putinin Poroşenkoya baxışlarından və ünsiyyətindən aydın görünürdü ki, Kreml Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini, həmçinin rəsmi Kiyevin Avropa Birliyi ilə imzaladığı müqavilənin tezliklə reallaşmasını qəbul etməyəcək. Minskdəki çoxtərəfli danışıqlarda Rusiya rəsmi Kiyevə yekun memorandumu imzalatdırmağa çalışıb. Hazırda həmin sənəd “Ukrainskaya pravda”nın ixtiyarındadır. Belə bir sənədin olması və görüş iştirakçılarının diqqətinə çatdırılması Belarusun ixtiyarına verilib. Aydın məsələdir ki, sənəd əvvəlcədən Rusiyada hazırlanıb, “tərtib olunub”. Sənədə baxanda dərhal hiss olunur ki, onun hər hansı təsir gücü yoxdur və layihə Rusiyanın vaxt udmasına və Kremlin itirilən imicinin bərpasına hesablanıb”.

Xatırladaq ki, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna prezidentlərin, habelə Avropa Birliyi komissarlarının iştirakı ilə keçirilən görüş nəticəsiz yekunlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm