Rusiya nəşri: “Qərb Azərbaycanda “idarəolunan xaos” hazırlayır”
Bizi izləyin

Nida.az

Rusiya nəşri: “Qərb Azərbaycanda “idarəolunan xaos” hazırlayır”


“Naxçıvan işi” müxalifət və onları dəstəkləyən Qərb KİV-ləri tərəfindən siyasiləşdirilir. Görünən odur ki, Azərbaycanda ciddi provokasiyalar hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə Naxçıvanda QHT rəhbəri İlqar Nəsibovun döyülməsi barədə ajiotajların yaradılması prosesini şərh edən Rusiyanın “Vestik Qafqaz” nəşri yazıb.

Nəşr yazır ki, əslində insident məişət zəminində baş verib, lakin müxalifət bunu peşəkarcasına siyasiləşdirir. Qeyd olunur ki, bununla yeni “narazılıq” təxribatları hazırlanır. “Əslində heç bir rəngli inqilab təxribatsız ötüşmür. Misal üçün, Ukraynada 2004-cü ildə “Birinci Maydan” hadisələrinə səbəb aparıcı müxalifət nəşrinin redaktoru Qeorgi Qonadzenin qətli oldu. İndiyə qədər həmin qətlin üstün açılmayıb, lakin bunu “rejimin qurbanı” kimi təqdim etdilər. Bundan prezident Kuçmaya qarşı səmərəli şəkildə istifadə edildi və Amerikanın layihəsi Yuşenkonun qələbəsi ilə bitdi. “İkinci Maydan” hərəkatı da bu tipli provokasiyalarla başladı”.


Nəşr Qərbin Azərbaycanda da yeni provokasiyalara ələ atacağını iddia edir: “Xüsusilə bu cür xoşagəlməz hadisələrin sui-qəsd kimi təqdim edilməsi ilə proseslərə start verilir. Bu prosesdə əsas vasitə vətəndaş cəmiyyəti və QHT-lərdir. Belə “hüquq müdafiəçiləri” əslində Azərbaycandan kənarda yaşayan öz sifarişçilərinin maraqlarını müdafiə edir. Ümumi məqsəd budur: Çox illik sabitliyin və iqtisadi artım tempinin məhv edilməsi, ölkədə “idarəolunan xaos” yaratmaq, demokratiya adı altında təzyiqlər etmək və ölkənin təbii resurslarını əllərində saxlamaq. Qərb və onun agentləri tərəfindən yaradılan provokasiyanın əsl mahiyyəti budur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm