Maşın su kanalına aşıb, sərnişinlərdən 2-si itkin düşüb
Bizi izləyin

Qırmızı.az

Maşın su kanalına aşıb, sərnişinlərdən 2-si itkin düşüb

Siyəzən rayonunda dəhşətli yol qəzası baş verib.

Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az –a verilən məlumata görə, Siyəzən rayon sakini 46 yaşlı Əlövsət Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil körpüdən aşaraq kanala düşüb.

Sürücü də daxil olmaqla avtomobildə olan 4 nəfər kanalda boğulub. Sərnişinlər - 16 yaşlı Əli Babayev və 37 yaşlı Rəşad Əmirovun meyiti sudan çıxarılsa da, avtomobilin sürücüsü Əlövsət Babayev və digər sərnişin 27 yaşlı Əlikişi Şirinovun axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm