Dünya
Reklam üçün döşəməni yalayan menecer –VİDEO, FOTO
Kanadanın “Bissell” şirkətinin brend meneceri Ravu Dalçand çalışdığı şirkətin istehsal etdiyi tozsoranın effektivliyini nümayiş etdirmək üçün hər şeyə hazır olub. Kişi yeni qurğunun nümayiş etdirməyin ən münasib yolu tapıb. Bunun üçün o, metrostansiyaların birinə yollanıb. Platformaya makaron tökdükdən sonra onu yeməyə başlayıb. Makaronu yeməzdən əvvəl o, öz şirkətinin tozsoranı ilə yeri təmizləyib və bununla da yerin təmiz olduğunu sübut etmək istəyib.
Brend menecerin hərəkəti yeraltı nəqliyyatdan istifadə edən sərnişinləri təəccübləndirib. Bir neçə dəqiqə ərzində onun ətrafına insan kütləsi yığılmağa başlayıb. Bunu bəziləri iyrənclik hesab etsə də, menecer heç nəyə baxmadan yerə səpələdiyi makaronların üzərinə sous tökərək sonadək yeyib. Bundan sonra kişi üzünü tamaşaçılara çevirərək öz məhsulunu təqdim edib.
Ekspertlərin qeyd etdiyi kimi, məhsulunu bu cürə təqdimatı şirkətin xeyrinə olub. “Bissell” şirkətinin rəhbəri deyib: “ İnsanlar rəqəmlər üzərində yazılmış test nəticələrindən yorulublar. Real həyatda baş verən situasiya isə onlara məhsulun nə dərəcədə keyfiyyətli olmasını göstərəcək”.
Nura
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO