Dövlət Baytarlıq Xidməti: 1665 heyvan xəstəliyə yoluxub
Bizi izləyin

Qırmızı.az

Dövlət Baytarlıq Xidməti: 1665 heyvan xəstəliyə yoluxub

“Ölkə ərazisində “Nodulyar-dermatit” xəstəliyi yayılandan bugünədək 1665 heyvan yoluxub. 1310 başdan artıq müalicə edilib, bu gün 308 baş müalicə alır”.

Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, xəstəlik yayılandan bu vaxtadək 12 baş heyvan tələf olub.

“Lakin onlar birbaşa “Nodulyar dermatit” yox, bununla paralel gedən xəstəliklərdən tələf olublar. Ayrıca, bu xəstəlikdən ölüm halı baş verməyib”.

Y.Xanvəli hazırda xəstəliklə bağlı ən kritik vəziyyətin Ağdaş, Zərdab və Bərdə rayonlarında olduğunu dedi: “Hazırda əsas narahatlıq bu rayonlarla bağlıdır. Lakin xəstəliyin digər rayonlardakı heyvanların yoluxmaması üçün dezinfeksiya işləri aparılır. Həmin rayonlarda bütün heyvanlar yenidən müayinədən keçirilir, xəstə heyvanlarla kontaktın qarşısı alınır. Həmçinin Dövlət Baytarlıq Xidmətinin işçi qrupu yaradılıb, mütəxəssislər rayonlarda müşahidələr aparır. Sakinlərə də xəstə heyvanların sağlamlardan ayrı saxlanılması tapşırılıb. Simptomatik müalicə işləri ardıcıl olaraq aparılır”.

Qeyd edək ki, xəstəlik ilk dəfə təqribən 2 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Hazırda 10 rayonda qeydə alınıb. Daha əvvəl isə virus Türkiyə və İranda qeydə alınıb.

"Nodulyar dermatit" xəstəliyi qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm