Ukrayna ordusu Mariupol ətrafını minalayır
Bizi izləyin

Dünya

Ukrayna ordusu Mariupol ətrafını minalayır

Ukrayna Milli Qvardiya qüvvələri Donetsk vilayətinin Komsomolsk qəsəbəsini nəzarət altına alıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Qvardiyanın mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, döyüşlər hazırda İlovaysk ətrafında gedir. Mariupol şəhərinin ətrafı isə antiterror gücləri tərəfindən minalanır.

Qeyd edək ki, Ukraynanın TSN kanalı iki gün əvvəl Novoazovsk şəhərini ələ keçirən Rusiya hərbi qruplaşmaları artıq Mariupola yaxınlaşdığını xəbər verib. Telekanal xəbər verir ki, Rusiya Mariupolu ələ keçirməklə Ukraynanın içərilərinə irəliləmək üçün növbəti müharibə meydanı hazırlayır.

“Rusiya hərbçiləri Mariupolun 20 kilometrliyindədir. Hazırda Rusiyanın 60 tankı şəhər yaxınlığındadır. Rusiya döyüş qrupları Novoazovskdan Mariupola yola düşür”, - TSN-nin xəbərində deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm