Abdullah Gül ustadının qəbrini ziyarət etdi
Bizi izləyin

Dünya

Abdullah Gül ustadının qəbrini ziyarət etdi

Keçmiş prezident mülki şəxs kimi ilk ziyarətini Nəcməddin Ərbakanın məzarına getməklə gerçəkləşdirib.

Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, prezidentlik müddəti başa çatan Abdullah Gül dünən İstanbula gəlib. İlk ziyarətini isə müəllimi, həmçinin Türkiyənin keçmiş baş naziri olan mərhum Nəcməddin Ərbakanın məzarına getməklə gerçəkləşdirib.

Təxminən beş dəqiqə orada qalan Gül cümə namazını qılmaq üçün məscidə gedib.

Xatırladaq ki, Abdullah Gül Nəcməddin Ərbakanın sədri olduğu “Rifah” partiyası ilə siyasətə atılıb. Həmçinin Ərbakanın baş nazir olduğu 54-cü hökumətdə hökumət sözçüsü olaraq xidmət edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm