Nazir: "Litva Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır"
Bizi izləyin

Qırmızı.az

Nazir: "Litva Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır"

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçüs ilə görüşüb.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.

Azərbaycan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən diplomat son illər ölkəmizdə bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıb.

Nazir Litvanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Görüşdə İKT və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm