Bu qanun Putinin planlarını iflasa uğradacaq
Bizi izləyin

Dünya

Bu qanun Putinin planlarını iflasa uğradacaq

Ukrayna hökuməti Avropa İttifaqı və NATO-ya üzvlük kursunun yenilənməsi ilə bağlı qanun qəbul etməyə hazırlaşır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə hökumətin iclasında baş nazir Arseniy Yasenyuk bildirib.

Baş nazir qeyd edib ki, Ukrayna Nazirlər Kabineti neytrallıq statusunun ləğvi və NATO-ya üzvlük kursunun yenilənməsi barədə qanun layihəsinini Ali Radaya təqdim etməyə hazırlaşır.

A.Yasenyukun sözlərinə görə, NATO-un müdafiəsi olmadan Rusiya Federasiyasına qarşı durmaq çətin olacaq.

“Xarici siyasətdə Ukraynanın tək hədəfi Avropa İttifaqına üzvlüyün əldə edilməsidir. Bu qanun layihəsi Ukrayna dövlətinə istənilən başqa iqtisadi, siyasi və ya hərbi ittifaqlara üzvlük haqqında qərar qəbul etməyi qadağan edir. Bu qanun Ukraynaya Avrasiya İttifaqına, həm də bu cür başqa “ittifaq”lara daxil olmağı qadağan edəcək”, - Yasenyuk vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm