Nalbandyan Ərdoğanın inauqurasiyasına kimin əmri ilə qatılmışdı?
Bizi izləyin

Nida.az

Nalbandyan Ərdoğanın inauqurasiyasına kimin əmri ilə qatılmışdı?

“Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ankaraya Moskvanın sifarişi ilə getmişdi”.

Publika.az xəbər verir ki, bu sözləri siyasi dustaq Şant Artünyan Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiyasına getməyini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-dan fərqli olaraq Rusiya andiçmə mərasimində yüksək səviyyədə təmsil olunurdu: “Moskva Dövlət Duması sədrinin rəhbərliyi altında böyük bir nümayəndə heyəti göndərmişdi. Çünki Rusiya ötən əsrin iyirminci illərində Atatürk və Lenin tərəfindən bağlanmış müqaviləyə sadiqdir. Məhz Rusiya Ermənistan XİN rəhbərinə inauqurasiya mərasiminə getməyi əmr etdi”.

Ş.Artünyan Ukrayna prezidentinin inauqurasiyasında Ermənistanın səfir səviyyəsində təmsil olunduğunu xatırladıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm