Meyvə-tərəvəzlə qidalanma üzünüzü belə dəyişəcək – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Meyvə-tərəvəzlə qidalanma üzünüzü belə dəyişəcək – FOTOLAR

Yəqin, çoxlarımız yay bitdikdən sonra günəşin soldurduğu üzümüzdən şikayətlənirik. Bütün yayı qaraldıqdan sonra istədiyimiz rəng qış aylarına doğru keyfiyyətini itirir.

Alimlər isə qızılı, parlaq üzə sahib olmaq üçün meyvə-tərəvəzlə qidalanmağımızı məsləhət görür. Bundan əlavə, meyvə və tərəvəz sağlamlığı gücləmdirir və cazibədarlığı artırır.

Tərəvəzin tərkibində olan qırmızı və sarı piqmentlər dəriyə işartı verir. Bununla da siz, sanki, günəş vannası qəbul etmiş effekti verəcəksiniz.

Meyvə və tərəvəzlə qidalanma üzdə karotinoid rəngini artırır. Hətta bu rəngin günəş vannasından əldə edilən rəngdən daha yaxşı olduğunu deyənlər var. Əsasən də, açıq rəngli tərəvəz yemək insan dərisinin rənginin dəyişməsinə səbəb olur. Aparılmış tədqiqatda 60 könüllü insan iştirak edib. Respondentlərə açıq rəngli meyvə və tərəvəzlə qidalanmaq məsləhət görülüb. Buraya şirin kartof, qarpız, kök, yemiş, pomidor şirəsi, balqabaq, ispanaq və brokolli aiddir. Tədqiqatda iştirak edən insanların rəngində dəyişiklik 6 həftədən sonra özünü doğruldub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm