"Ebola" virusu daha bir ölkədə yayıldı
Bizi izləyin

Qırmızı.az

"Ebola" virusu daha bir ölkədə yayıldı

"Ebola" virusuna yoluxma halı daha bir Afrika ölkəsində Seneqalda qeydə alınıb.

ANS PRESS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstəlik Seneqala səfər edən Qvineya vətəndaşında tapılıb. Seneqal ölümcül Ebola qızdırmasının qeydə alındığı sayca 5-ci Afrika ölkəsidir.

Dekabr ayında Qərbi Afrikada qeydə alınmış epidemiyanın episentri qonşu ölkələr Qvineya, Syera Leon və Liberiya sayılır.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq bu dəhşətli xəstəlikdən 500-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan virus daşıyıcısıdır. Təşkilatın ehtimallarına görə, simptomları kəskin maliyariya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan yoluxa bilər.

ABŞ Xəstəliklərə Nəzarər və Profilaktika Mərkəzinin direktoru Tom Fridenin sözlərinə görə, Ebola virusunun qarşısı indi alınmasa bütün dünya uzun illər onunla mübarizə aparmalı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm