Atatürkün ruhu Ədirnə binasında: Rəsmilər şokda
Bizi izləyin

Dünya

Atatürkün ruhu Ədirnə binasında: Rəsmilər şokda

Ədirnə bələdiyyəsinin rəsmiləri qurumun binasında “Atatürkün ruhunun” gəzdiyini iddia ediblər.

Axar.az xəbər verir ki, dünən gecə saatlarında Ədirnə bələdiyyə binasında həyəcan siqnalı verilib. Mehmetciktv-nin məlumatına görə, bələdiyyə işçiləri gecə saatlarında binanın otaqlarında işıqların öz-özünə yandığını, bina içində ayaq səsləri eşidildiyini və təhlükəsizlik kameralarında Atatürkə bənzəyən bir siluetin göründüyünü iddia ediblər.

Bir neçə vaxtdır eyni hadisənin təkrarlandığını deyən rəsmilər binaya imam çağırıb. Gələn imam da kameralara baxıb və Atatürkün binada gəzdiyini təsdiq edib.

Xatırladaq ki, Ədirnə bələdiyyə binası işğal illərində bəzi dövlət rəsmilərinin gizlədildiyi yer olub. Mustafa Kamal Atatürk də 1930-ci ildə bələdiyyə binasında qalıb. Atatürk Ədirnədə qaldığı müddətdə işlərini bələdiyyə binasının üst qatında asma nərdivanlarla çıxılan və indi məclis salonu olaraq istifadə olunan salonda görürmüş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm