NATO: “Rusiya aylardır ki, bu planı hazırlayırdı…”
Bizi izləyin

Dünya

NATO: “Rusiya aylardır ki, bu planı hazırlayırdı…”

NATO-nun Baş katibi Anders Foq Rasmussen Rusiyadan Ukraynada apardığı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib.

Axar.az xəbər verir ki, Baş katib Rusiyanın “içi boş” inkarını dünya ölkələrindən gizlədə bilməyəcəyini deyib: “Rusiya Ukraynadakı qeyri-qanuni hərbi əməliyyatlarını dərhal dayandırmalıdır. Bu, müstəqil ölkənin suverenliyini təhlükə altına qoymaq deməkdir”.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra rəsmi Kiyevin tələbi ilə fövqəladə toplantıda danışan Rasmussen Rusiyaya məxsus ağır artilleriyanın və canlı qüvvənin Ukraynanın şərq və cənub-şərqində sərhədi keçərək irəlilədiyini təsdiq edib.

O, Rusiyanın bu addımının planlı şəkildə olduğunu qeyd edib: “Bu,inkar oluna bilməz. Bu addım Ukraynanın müstəqilliyini şübhə altına alır. Rusiya aylardır ki, bu plan üzərində işləyirdi. Hazırda gördüyümüz hadisələr Rusiyanın planının bir hissəsidir”.

Minlərlə rus əsgərinin Ukrayna sərhədində toplandığını deyən Rasmussen Rusiyanın atdığı addımların NATO ölkələri tərəfindən sərt bir şəkildə qınanıldığını vurğulayıb: “Mövcud vəziyyət Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün aşkar pozulmasının göstəricisidir. Rusiyanın beynəlxalq öhdəliklərini davamlı olaraq heçə saymasını ən güclü ifadələrlə qınayırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm