Sağlamlıq
Sentyabrda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabr
ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın,
bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə
isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24
dərəcə isti (gecələr 19-24, gündüzlər 25-30, ayın birinci yarısında
bəzi günlərdə 33-35 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm)
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, ayın birinci
yarısında bəzi günlərdə 32-37 dərəcəyədək isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm)
olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23
dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30, ayın birinci yarısında
bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm)
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 11-16, gündüzlər
19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm)
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında
Orta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər
23-28, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm)
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, ayın birinci
yarısında bəzi günlərdə 32-37 dərəcəyədək isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm)
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq
temperaturun 20-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30,
ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199
mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
/anspress.com/
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər