Ollandla Putin Ukraynadakı vəziyyəti müzakirə etdi
Bizi izləyin

Dünya

Ollandla Putin Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya Federasiyası prezidenti Vladimir Putinin Fransa prezidenti Fransua Olland ilə telefon danışığı baş tutub.

Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, Avropa İttifaqı sammiti öncəsi tərəflər Ukrayna böhranını dərindən müzakirə ediblər.

Kremlin bildirir ki, danışıqlarda Ukrayna daxili münaqişənin siyasi həllinin mümkün ola biləcək halları nəzərdən keçirilib.

“Hər iki tərəf qan axınının və humanitar fəlakətin qarşısının alınması və problemin məxsusi olaraq sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar. Vladimir Putin və Fransua Olland əlaqələrin ikitərəfli və çox tərəfli davam edəcəyi barədə razılığa gəliblər”- deyə Kremlin yaydığı xəbərdə deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm