"Ebola" virusu qadağaya səbəb oldu
Bizi izləyin

Dünya

"Ebola" virusu qadağaya səbəb oldu

Senatda əl verib görüşmək qadağan edilib.

ANS PRESS-in məlumatına görə, Konqo Demokratik Xalq Respublikasında senat üzvlərinə yollanan fərmanda Ebola virusunun yayılmasına mane olmaq məqsədilə əl verib görüşməkdən imtina edilməsi tələb olunub.

Son olaraq Seneqalda da virusun aşkar edilməsi, digər Afrika ölkələrini də qorxuya salıb. Artıq qitənin 5 ölkəsində virus daşıyıcıları var.

Virus – tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomlarıqızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq bu dəhşətli xəstəlikdən 500-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan virus daşıyıcısıdır. Təşkilatın ehtimallarına görə, simptomları kəskin maliyariya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan yoluxa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm