"iPhone 6”nın göstəriləcəyi gün bilindi
Bizi izləyin

Texnoloji

"iPhone 6”nın göstəriləcəyi gün bilindi

"Apple” şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib.

Tədbirdə yeni nəsil iPhone smartfonlarının təqdim ediləcəyi gözlənilir. Bu haqda ağ-boz tonda tərtib edilmiş dəvətdə yazılıb. Tədbir Kupertino şəhərində keçiriləcək və 9 sentyabr tarixində, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Publika.az-ın "ICTnews"a istinadən məlumatına görə, tədbirdə iki yeni iPhone smartfonu (4.7 və 5.5 dyümlük diaqonala malik ekran) nümayiş etdiriləcək. Şayiələrə görə, qurğuların ekranı sapfir şüşədən hazırlanacaq, yeni smartfonların arxa panelində “Apple”ın işıq saçan loqosunun olacağı, həmçinin, qurğunun NFC modulu ilə təchiz ediləcəyi deyilir.

Qeyri-rəsmi məlumatlara əsasən, “iPhone 6”-nın təqdimatı sentyabr ayında, satışların isə oktyabrda başlanması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm