Kondisionerlərin zərərləri
Bizi izləyin

Sağlamlıq

Kondisionerlərin zərərləri

Yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin ziyanı sən demə, xeyrindən heç də az deyilmiş. Söhbət onlardan düzgün istifadə etmədikdə yaranan fəsadlardan gedir.

Mütəxəssislər müəyyən edib ki, o halda mikroorqanizmlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər. O da qeyd edilir ki, təmizlənməyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır.

Böyük iş yerlərində yaz-yay aylarında kondisionerdən səhv istifadə nəticəsində iş itkisi də yaşanır. Yaxşı təmizlənməyən kondisionerlərdə ortaya çıxan “Legionella pneumophilia” bakteriyası sətəlcəmə gətirir. Eyni zamanda kondisionerin yaratdığı hərarətlə çöldəki istiliyin kəskin fərqlənməsi nəticəsində (fərq 7-8 dərəcədən artıq olmamalıdır) əzələ tutulmaları, üz iflici (parez) və ağrılar meydana gələ bilər. Kondisionerlərin mənbə olduğu “Legionella” mikrobu təbiətdə, su qaynaqları içərisində və nəmli mühitlər də mövcuddur.

Təbiətdən binaların su sistemləri içərisinə adlayan mikrob müvafiq mühitdə çoxalır və su zərrəcikləri ilə insanların ağ ciyərlərinə daxil olaraq sətəlcəmə səbəb ola bilir. Bu cür hava ilə mütəmadi nəfəs alan adamda 2 -10 gün arasında qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, baş ağrısı kimi əlamətlər ortaya çıxır. Ancaq əksəriyyətində ilk diqqəti çəkən əlamət öskürəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm