Bu gündən ixtisas seçimi başladı
Bizi izləyin

Qırmızı.az

Bu gündən ixtisas seçimi başladı

Bu gündən tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 11 illik bazadan texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 9:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrəsindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm