Bankomat istifadəçisi pəncərədə qaldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bankomat istifadəçisi pəncərədə qaldı - FOTOLAR

Çinin Çjetzyan şəhərində bankomatdan istifadə edən sərxoş kişi gülünc vəziyyətə düşüb. Belə ki, Çenq Kao adlı kişi bankomatdan istifadə etdikdən sonra qapıdan çıxmaq əvəzinə ventilyasiya pəncərəsindən çıxmağa cəhd edib. Nəticədə, kişi pəncərə arasında sıxılıb qalıb. Hadisə yerinə yanğınsöndürmə xilasediciləri gəlib. Kişi çox sərxoş olduğundan verilən göstərişləri yerinə yetirə bilməyib. Onu sıxılmış pəncərə arasından xilas etmək üçün bankomat şüşəsi sındırılıb.

Çenqin dediyinə görə, o, bankomatdan pul çıxartmaq üçün aparata yaxınlaşıb və bankomatın qapıları bağlanıb. Pulu çıxartdıqdan sonra o, qapını açmaq üçün şifrəni 3 dəfə səhv yığıb və nəticədə qapı kilidlənib. Çenq isə bankomatı tərk etmək üçün kiçik ventilyasiya pəncərəsindən çıxmağa qərar verib. Nəticədə isə, o, pəncərədə ilişib qalıb. İndi isə onun xilası üçün sındırılmış bankomat şüşəsinin pulunu Çenq ödəməli olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm