Bruklində selfi çəkdirənə cəza: 3 ay körpünü yuyacaq
Bizi izləyin

Dünya

Bruklində selfi çəkdirənə cəza: 3 ay körpünü yuyacaq

Nyu-York məhkəməsi rusiyalı turist Yaraslav Kolçini 90 gün müddətinə ictimai işlərə cəlb etmək haqda qərar çıxarıb.

Publika.az CBS New York telekanalına istinadən xəbər verir ki, rusiyalı turist Nyu-Yorkdakı Bruklin körpüsünün lap zirvəsinə çıxaraq selfi şəkil çəkdirib və bir anda bütün dünyada məşhurlaşıb.

Lakin məşhurluğun əks effekti də olub. Polis onu ictimai asayişi pozma maddəsi ilə həbs edib.

Məhkəmədə Kolçinə hökm oxuyan hakim deyib ki, əgər o, Bruklini belə çox sevirsə, onda qoy 3 ay müddətində körpünü yusun.

İnsidentdən sonra şəhər meri Bil De Blazio bəyanat verib ki, Nyu-Yorkdakı bütün körpülərin mühafizəsi güclənəcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm