Pol Qobl: “Növbəti hədəf Baltikyanı ölkələr, Gürcüstan və Moldovadır”
Bizi izləyin

Dünya

Pol Qobl: “Növbəti hədəf Baltikyanı ölkələr, Gürcüstan və Moldovadır”

ABŞ-ın tanınmış politoloqu, Rusiya və postsovet məkanı üzrə ekspert, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl “Amerikanın səsi” radiosuna müsahibəsində Ukrayna hadisələrindən danışıb.

Publika.azın verdiyi xəbərə görə, politoloq Rusiya təcavüzünün qarşısının alınmadığı təqdirdə növbəti hücumların Baltikyanı ölkələr, Gürcüstan və Moldovaya olacağını bildirib.

“Putin həmçinin nümayiş etdirməyə çalışır ki, ABŞ NATO-nun Avropa üzrə müttəfiqlərini satmağa hazırdır. Əgər bu baş verəcəksə, NATO artıq mövcudluğunu dayandıracaq. Putinin son məqsədi NATO-nu dağıtmaq və ABŞ ilə Avropa arasındakı münasibətləri kəsməkdir”, - Pol Qobl qeyd edir.

Pol Qobl əmindir ki, cəzasızlıq Putini Gürcüstan və Moldovaya qarşı təvüzkar addımlara təhrik edəcək, nəticədə isə ABŞ və NATO-un nüfuzuna ciddi zərbə dəyəcək. Amerikalı politoloq hesab edir ki, Qərb liderləri indiyə qədər qəbul edilmiş iqtisadi sanksiyaların zəif olduğunu anlamalıdır: “İqtisadi sanksiyalar kifayət etmir. Sərt addımlar genişmiqyaslı olmalı və hər sahəyə toxunmalıdır. Rusiya Federasiyasının rəsmi şəxslərinin, onların Qərb ölkələrində yaşayan uşaqlarının bank hesabları və biznesləri sanksiyalara məruz qalmalıdır. Qərb banklarında Rusiya pulunun kriminal təbiəti interpol vasitəsilə genişmiqyaslı araşdırmalara cəlb olunmalıdır”,- Qobl bildirir.

P.Qobl həmçinin təklif edir ki, NATO Baltikyanı ölkələri və Polşa daxil olmaqla Şərqi Avropada daimi hərbi bazalar tikməli, həmçinin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü üçün lobbiçilik fəaliyyəti gücləndirməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm