Heydər Camal: “Serj Sərkisyan Soçidə İlham Əliyevə məğlub oldu”
Bizi izləyin

Nida.az

Heydər Camal: “Serj Sərkisyan Soçidə İlham Əliyevə məğlub oldu”

“Serj Sərkisyan Soçidə İlham Əliyevə məğlub oldu”.


Publika.az xəbər verir ki, bu sözləri Rusyanın tanınmış politoloqu, Azərbaycan əsilli Heydər Camal rus mediasına açıqlamasında deyib.


O, Azərbaycanın hazırki siyasətini uğurlu adlandırıb: “Azərbaycanın xarici siyasətini bu şəkildə davam etdirməsi Rusiyanın Qarabağ münaqişəsinə müdaxiləsini sıfıra enir. Ukrayna böhranı dünyanı ruslara qarşı çevirdi. Belə bir məqamda, Rusiya Qarabağı Azərbaycana güzəştə gedə bilər. Son 20 ildə bu, Azərbaycanın əlinə düşən ən gözəl imkandır. Bundan yararlanmaq lazımdır”.

Politoloq Sərkisyanın Soçidən qayıdan kimi təhdid dolu açıqlamalarını onun məğlubiyyəti ilə əlaqələndirir. Onun sözlərinə görə, İlham Əliyevin qarşısında məğlub duruma düşən Sərkisyan bu tipli bəyanatlarla öz gücünü göstərməyə çalışırdı: “Bu kölgəyə bağırmaq kimi isterik çıxış idi”.

H.Camal Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm