Nida.az
Rəsul Quliyevin partiyası “oğurluqda” ittiham edilir
Rəsul Quliyevin yaratdığı iddia edilən Gələcək Azərbaycan
Partiyası (GAP) başqasının fəaliyyətini təkrarlamaqda, yəni bir növ
“kopiya” etməkdə ittiham ediliblər.
Publika.Az xəbər verir ki, bu ittihamı REAL
Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı irəli sürüb.
O, “kopiya etməyə çalışıblar, amma deyəsən alınmayıb” deyə
bildirib.“Amma maraqlısı odur ki, adamlar 2-3 aya partiya yaratmağa
girişiblər, hər-halda bunun anonsunu veriblər. “Azadlıq” qəzetinin
də həmən bunu xəbər etməsi maraqlı faktlar arasındadır...”-deyə
REAL-çı bildirib.
Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi, GAP Təşkilat
Komitəsinin sədri Ağasif Şakiroğlu isə REAL üzvünü ciddiyə
almadıqlarını deyib.“Dostlar bu müqəddəs uzun yolda bizə daş atan
çox olacaq. Hər daş atana durub cavab vermək məcburiyyətində
deyilik. Bizim rəqibimiz bunlar yox, hakimiyyətdir! Belə
qeyri-ciddi yanaşmaları ciddiyə almayın! REAL-çı dostlara Ramiz
Rövşənin sözləri ilə cavab verirəm:
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?”-deyə o, R. Rövşənin şeiri ilə də
cavab verib.
A. Qasımlı isə GAP rəsmisi haqqında “Rəsul Quliyevin yanında
olan insan haqqında mənə heç nə danışmayın” deyə bildirib.
Asif
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu