İsrail əleyhinə çıxış edən deputatın çənəsini qırdılar
Bizi izləyin

Dünya

İsrail əleyhinə çıxış edən deputatın çənəsini qırdılar

Britanıya parlamentinin deputatı Corc Helluey döyülüb.

Publika.az BBC agentliyinə istinadən xəbər verir ki, daim antiIsrail çıxışları ilə gündəmdə olan deputata London küçələrinin birində hücum edilib.

Deputatın nümayəndəsi deyib ki, Heluey küçədə ona yaxınlaşan vətəndaşlarla şəkil çəkdirirmiş. Qəfildən bir nəfər ona hücum edib və deputatı vəhşicəsinə döyüb.

Çənəsi və qabırğaları qırılmış deputat xəstəxanaya çatdırılıb.

Polis deputatı döyməkdə şübhəli bilinən 39 yaşlı şəxsi həbs edib. Şahidlərin sözlərinə görə, o, Helueyə zərbə endirərkən “Holokost” çığırırmış. Bu isə hadisənin motivini aydınlaşdırır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm