Norveçin paytaxtında Məhəmməd adı geniş yayıldı
Bizi izləyin

Dünya

Norveçin paytaxtında Məhəmməd adı geniş yayıldı

Norveçin Mərkəzi Statistika Bürosunun məlumatına görə, Oslo şəhərində ən geniş yayılmış ad Məhəmməddir.

Ekspertlərin verdiyi məlumata görə, Norveç paytaxtında müxtəlif yaş təbəqəsindən olan kişilərin təxminən 4800 nəfəri Məhəmməd adını daşıyır. İkinci yerdə Yan (4700 insan), üçüncü yerdə isə Per (4100 nəfər) olub.

Adların ardıcıllığı norveçlilər üçün sensasiya olub. Bu isə mühacirlərin, xüsusən də Afrika və Yaxın Şərqdən gələnlərin sayının çox olduğunu göstərir.

Bu tendensiya norveçliləri qorxuya salıb. Çünki ekspertlərin verdiyi proqnozlara görə, 15 ildən sonra mavigöz, sarışın norveçlilərin sayında kəskin azalma müşahidə edilə bilər. Otuz ildən sonra tipik skandinav görkəmi bütün Norveçdə məhv edilə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm