6 ay komada qalan dahinin həyatını bir yalan dəyişdi – VİDEO
Bizi izləyin

İdman

6 ay komada qalan dahinin həyatını bir yalan dəyişdi – VİDEO

6 ay komada qalan dahinin həyatını bir yalan dəyişdi – VİDEO

O, Formula-1 üzrə yeddiqat dünya çempionudur.

Bir çox rekordları hələ də öz əlində saxlayır – “Ən çox çempionluq”, “Qran-pri qələbəsi”, “Poul Pozişn”, “Ən sürətli dövrə”, “Ən yüksək xal” və “Bir mövsümdə qazanılmış ən çox qələbə”….

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə “F1”in ulduzu, əfsanəvi pilot Mixael Şumaxer haqda məlumat verəcək.

O, 2002-ci ildə Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot olub.

Katerlə başladı

Şumaxer 1969-cu ilin yanvarın 3-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hürt-Hermülhaym şəhərciyində dünyaya gəlib.

3 yaşında atası Rolfun köməyi ilə kartinq sürməyə başlayıb. Atasının rəhbəri olduğu yerli kartinq trasının qəhrəmanına çevrilib. O, rəsmi yarışlara lisenziyanı ilk dəfə olaraq 14 yaşında alıb.

Mixael tez zamanda “Mercedes Junior” gənc sürücü proqramının üzvünə çevrilib.

Bir yalan həyatını dəyişdi

O, 1991-ci ildə “Benetton” komandasının heyətində “Formula-1”ə gəlib. Belə ki, həmin ilin ortalarında “Formula-1” çempionatında maraqlı hadisə baş verir. Eddi Cordanın eyniadlı komandasının sürücüsü Bertran Qaşo həbs olunur. Bu zaman Eddi onu yerinə yaxşı sürücü axtarışına çıxır.

“Mercedes” şirkəti ələ düşən bu fürsəti dəyərləndirmək fikrinə düşür. Şumaxeri “F-1”də sınamaq istəyir.

Bu zaman gələcəyin ulduzunun meneceri Villi Veber yalan danışmalı olur. Menecer Cordanı aldadır ki, guya Şumaxer evlərinə yaxın olan Belçikanın “Spa trası”nı beş barmağı kimi tanıyır. Ancaq bu tam əksi idi. Şumaxerin bu trasdan heç xəbəri də yox idi, orada bir dəfə belə olmamışdı.

Mixael yarışın başlamasına bir həftə qalmış, yağmurlu günlərdə Silverstounda ilk dəfə “F-1”də sükan arxasında test keçir. O, bu zaman Spada Belçika Qran Prisinin sıralanma turunda hamını şoka salır (7-ci nəticə).

Səhəri o, mübarizəni dayandırmalı olsa da, artıq özünü bütün dünyada sübut etmişdi.

Bundan sonra hər komandalar onu öz heyətinə cəlb etmək çün yarışa başlayıb. Ancaq bunu bacaran “Bennoton” komandası olub. Bu komandanın o dövrdəki prezidenti Flavio Briatore idi.

Uğurları ilə adından söz etdirməyə başlayan Şumaxer açıq-sarı kombinizonuna görə “Günəş oğlan” ləqəbi ilə tanınmağa başlayıb.

1993-cü il onun üçün uğurlu olub.

Belə ki, 1993-cü ildə Şumaxer mövsümün 16 yarışından 9-da podium qalxıb ( 1 qələbə, 5 ikinci və 3 üçüncü yer).

FİA-nın müxtəlif cərimələri üzündən Mixael mövsümün 4 yarışından kənarlaşdırılıb, Belçika Qran Prisində qazandığı qələbə isə ləğv olunmuşdu. Buna baxmayaraq 1994-cü il noyabrın 11-də Avstraliyanın Adelaida trasında Mixael ilk titulunu rəsmiləşdirib. Şumaxer 1995-ci ildə 17 yarışda 9 qələbə qazanıb.

“Ferrari”nin təmsilçisi

1996-cı ildə ikiqat dünya çempionu Mixael Şumaxerin “Ferrari” komandasına keçidi elan olunur. Həmin vaxt komanda çox pis dönəm yaşayırdı . Çünki komanda sonuncu dəfə 1979-cu ildə titul qazanmışdı.

Daha sonra komanda Şumaxerlə 1 nömrəli “Ferrari”də (F310 ) testlər etməyə başlayır. Tesrtlər nəticəsində maşının sürətinin zəif və etibarsız olduğu üzə çıxır.

Mövsümün ilk yarışında finiş görməyən Mixael, ikinci yarışda podiuma qalxır. Amma ikiqat dünya çempionu qələbə qazanan sürücüyə 1 dövrə uduzur. Nəhayət, mövsümün 7-ci yarışında yağışlı İspaniyada Mixael yeni komandasında ilk qələbəsini qazanıb. Növbəti qələbə sevimli Spada və iki həftə sonra Monsada olub.

Mixaelin bütün xalları silinir

1997-ci ildə titula namizəd olsa da, son yarışda əsas rəqibi Jak Vilnövlə toqquşur . Nəticədə çınqıllı sahədə ilişir. Jak yarışı 3-cü yerdə başa vuraraq titula sahib çıxıb. Mixaelin isə bütün xalları silinir və çempionatdan xaric olunur.

İki ayağı sındı - Göz yaşlarını saxlaya bilmdi

1999-cu il iyulun 11-də isə Silverstounda isitmə dövrəsində əyləc problemi yaşayır. Burada ağır qəzaya uğrayır və hər iki ayağını sındırır. Bununla da o, 6 yarışı buraxmalı olur.

2000-ci il sentyabrın 10-da yüz minlərlə insanın gözləri qarşısında çempion olan Mixael qələbələrin sayına görə əfsanəvi Ayrton Sennaya çatıb. Bundan sonra o,mətbuat konfransında göz yaşlarını saxlaya bilmir.

Son yarış

Uğurları sadaladıqca bitməyən Şumaxer sıra ilə hər il bir qələbə və rekorda imza atır.

2006-cı ilin sentyabrın 10-da Monsada tiffozilər qarşısında növbəti qələbəsini qazanan Mixael yarışdan sonra mətbuat konfransı keçirir. O, bu mövsümün onun üçün sonuncu olacağını elan edir.

Üç həftə sonra Çində karyerasının sonuncu 91-ci qələbəsini qazanan Mixael çempionatda liderliyi ələ alır.

Braziliyadakı son yarışı sürücünün əsl benefisi olub. Şuminin istifadəsində olan maşının təkəri deşildiyi üçün sonuncu yerə düşüb.

Hər kəs istəyirdi ki, Şumaxer son yarışında qələbə qazansın, amma Mixael yarışı 4-cü yerdə başa vurdu və getdi.

Qayıdış...

2009-cu il dekabrın 23-də “Mercedes” komandası çempionata qayıtmasını elan etdi. Bununla da Ross Braun yenidən Mixaeli çempionata qaytardı.

Ancaq çempionun qayıdışı elə də uğurlu alınmadı.

Şumaxerin gənc komanda yoldaşı ondan üstün idi, trasda gənc sürücülər onu asanlıqla keçirdilər. Ancaq milyonlarla sürət həvəskarı üçün önəmli olan canlı əfsanənin yenidən yarışlara qayıtması idi.

Həmişəlik vida

Mixael bu dəfə son qərarını verir. O, 2012-ci il oktyabrın 4-də Yaponiyada F1-dən həmişəlik getdiyini elan edir.

Noyabrın 25-də Mixael sonuncu dəfə Braziliya Qran Prisində iştirak edir.

Həyatının dəhşəti

2013-cü il dekabrın 29-da Mixael öz oğlu ilə Meribel dağ kurortunda xizək sürərkən yıxılaraq ağır zədə alır. Uzun müddət komada yatır. O, 6 aydan sonra komadan ayılsa da, hələ də sağlamlığını bərpa edə bilməyib.

Kembric Universitetindən professor Peter Hutchinson onunla bağlı belə deyib:

"Şumaxer oyandıqda yeriməyi, danışmağı və yemək yeməyi yenidən öyrənməyə məcbur olacaq. Hər şeyin dəyişdiyi bir dünyaya qayıdacaq.

Şumaxer artıq Şumaxer kimi olmayacaq. Onun üçün asan olmayacaq, amma yeni yaşam şərtləri ilə bacarmalıdır".

Ailəsi - “Ən sadiq kişi”

Şumaxerin qardaşı Ralf Şumaxer də 2007-ci ildə qədər “Formula1” yarışlarında iştirak edib.

Şumi 1995-ci il avqustunda Korinna Betçlə evlənib. Onların iki övladı var - 1997-ci ildə qızı və 1999-cu ildə oğlu dünyaya gəlib. O, həmişə şəxsi həyatı ilə bağlı çox mühafizəkar olub.

Sadə həyat sürür. Diqqət mərkəzində olmağı sevmir. Şumaxer mətbuatda həmişə ən sadiq kişi kimi göstərilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm