Qazaxlarla özbəklər arasında kütləvi dava
Bizi izləyin

Qırmızı.az

Qazaxlarla özbəklər arasında kütləvi dava

Qazaxıstanın cənubundakı Sayram rayonunun Qaramurt kəndində qazaxlarla özbəklər arasında kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Vurğulanıb ki, insident zamanı zərər çəkənlər olsa da, həmin şəxslərin dəqiq sayı barədə məlumat verilməyib. Bundan başqa, onlarla avtomobil yandırılıb, eyni sayda mağaza yararsız hala salınıb.

Qeyd edək ki, gərginlik barədə məsələyə münasibət bildirən Özbəkistan kütləvi informasiya vasitələri hadisənin milli zəmində baş verdiyini qeyd ediblər. Özbək portallarının yazdığına görə, günorta saatlarında tapança, dəmir alət və digər təhlükəli əşyalarla hadisə yerinə gələn 150-yə yaxın şəxs qarşılarına çıxan özbəklərə atəş açıb, fiziki təzyiq göstəriblər.

Xatırladaq ki, hadisə barədə güc strukturları hər hansı açıqlama verməyib. İğtişaşla əlaqədar sözügedən yaşayış məntəqəsində komendant saatı elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm