İlham Əliyev həmkarlarına məktub göndərdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev həmkarlarına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahaya və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahaya göndərilən məktubda deyilir:

"Əlahəzrət, Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm."

Sonda dövlət başçısı malayziyalı həmkarına ən xoş arzularımı yetirib, dost Malayziya xalqına daim sülh və firavanlıq diləyib.

İlham Əliyev həmçinin Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Qırğızıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir."

Dövlət başçısı sonda qırğızıstanlı həmkarına möhkəm cansağlığı və uğurlar, Qırğızıstan xalqına sülh və firavanlıq diləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm