Poroşenko: “Biz Avropanın gələcəyi üçün müharibə aparırıq”
Bizi izləyin

Dünya

Poroşenko: “Biz Avropanın gələcəyi üçün müharibə aparırıq”

“Ukrayna Avropanın sərhədlərini müdafiə edir, Ukrayna Avropanın gələcəyi üçün ərazisində müharibə aparır”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirilən Avropa Xalq Partiyasının sammitində çıxışında deyib.

“Müharibədə Ukraynanın oğul və qızları həlak olurlar, amma bu yalnız bizim dövlətimizin müharibəsi deyil. Bu müharibə yalnız regional hökmranlıq üçün deyil. Bu dəyərlər və Avropanın gələcəyi üçün döyüşdür” - deyə, Poroşenko vurğlayıb.

Ukrayna prezident Rusiyaya qarşı Avropa sanksiyaların genişlənəcəyinə və Kremlə siyasi təzyiqin gücləndiriləcəyinə ümidini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm