"Ukraynada savaş aparmırıq, ancaq..."
Bizi izləyin

Dünya

"Ukraynada savaş aparmırıq, ancaq..."

Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov Ukrayna torpaqlarında hərbi əməliyyat aparmadıqlarını bildirib.

Axar.az xəbər verir ki, Antonov Rusiya ordusunun Ukrayna ərazisində olduğunu təkzib etməsə də, hərbi əməliyyatların aparılmadığını deyib. Nazir müavini Rusiyanın müharibə aparmadığını, sadəcə hadisələrin daha da kəskinləşməməsi üçün siyasi yollar axtardıqlarını qeyd edib:

“Təəssüf ki, iki xalqın arasını vurmaq üçün və Ukrayna ilə Rusiya arasında savaş başlatmaq istəyən bəzi qüvvələr var . Rusiya Ukrayna torpaqlarında hərbi əməliyyat aparmır”.

Kiev rəhbərliyi isə ölkənin şərqində aprel ayından bu günə qədər ordu ilə zidd düşən separatçılara Rusiyanın dəstək verdiyini iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm