Saakaşvili partiya iclasını sərhəddə keçirdi - Video
Bizi izləyin

Dünya

Saakaşvili partiya iclasını sərhəddə keçirdi - Video

Gürcüstanın sabiq prezidenti, hazırda isə ölkəsində bəzi qətllərdə təqsirli bilinən və barəsində həbs qərarı verilən Mixail Saakaşvili Türkiyə-Gürcüstan sərhədində - Sarp keçid məntəqəsində partiyasının iclasını keçirib.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili özünün Feysbuk səhifəsində məlumat yerləşdirib. O, Gürcüstandakı hazırkı vəziyyəti, kütləvi həbsləri ciddi tənqid edib. Sabiq prezident bildirib ki, onun prezidentliyi dönəmində durum tamam başqa cür olub. Əlini Acarıstan muxtar vilayətinin sabiq qubernatoru Varşolomidzeyə uzadan Saakaşvili Batumidə birgə həyata keçirdikləri layihələri, turizm potensialının artlması üçün ciddi addımlar atdıqlarını dilə gətirib. Saakaşvili deyib ki, Türkiyəyə qonaq qismində gəlib və Gürcüstanın 50 metrliyində belə bir toplantının keçirilməsini özünün mənəvi haqqı bilib.

Xatırladaq ki, görüşdə Saakaşvilinin sədri olduğu Vahid Milli Hərəkat Partiyasının icra katibi Zurab Melikişvili və digər üzvlər iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm