ABŞ-dan İraq türkmanlarına yardım, İŞİD-ə bombardıman
Bizi izləyin

Dünya

ABŞ-dan İraq türkmanlarına yardım, İŞİD-ə bombardıman

ABŞ ordusu İŞİD-in nəzarəti altında olan İraqın Əmirli bölgəsinə havadan zərbələr endirib.

Publika.az-ın "TRT Haber"-ə istinadən məlumatına görə, İŞİD döyüşçülərinin ələ keçirdiyi Əmirli bölgəsində türkmanlar üstünlük təşkil edir. Bu barədə rəsmi Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. O, ABŞ ordusunun minlərlə şiə türkmanın yaşadığı Əmirliyə havadan humanitar yardım göstərdiyini ifadə edib:

“Humanitar yardımın çatdırılması üçün ətraf ərazilərdə olan İŞİD hərbçilərinə qarşı havadan hücum təşkil edilib. İŞİD-in hədəflərinə qarşı 3 hava hücumu təşkil edilib”.

O, ABŞ ordusunun indiyə qədər İraqda ümumilikdə 118 hava hücumunu həyata keçirdiyini qeyd edib.

ABŞ-in İŞİD-ə qarşı apardığı hava hücumu əməliyyatlarına Avstarliya, Fransa və İngiltərə təyyarələrinin də dəstək verdiyi ifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm