Parisdə partlayış: dördmərtəbəli bina çökdü
Bizi izləyin

Dünya

Parisdə partlayış: dördmərtəbəli bina çökdü

Fransanın paytaxtı Parisdə güclü partlayış nəticəsində 4-mərtəbəli yaşayış evi yerlə-yeksan olub. Partlayışa binada qaz sızmasının səbəb olduğu ehtimal edilir. Paris yanğınsöndürən xidmətinin məlumatına görə, partlayış və uçqun nəticəsində 1 aşyaşlı uşaq ölüb, 11 nəfər də yaralanıb.

Publika.az-ın məlumatına görə, dağıntılar altında 5-i uşaq olmaqla, daha 10 nəfərin də qaldığı ehtimal edilir və onların axtarışı aparılır.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb edilib. Ölənlərin sayının artacağı istisna edilmir. /BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm