"DXR"-in baş nazirinə qarşı sui-qəsd
Bizi izləyin

Dünya

"DXR"-in baş nazirinə qarşı sui-qəsd

Qondarma Donetsk Xalq Respublikasının Baş naziri Aleksandr Zaxarçenkoya qarşı sui-qəsdə cəhd edilib.

Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, hücum nəticəsində "baş nazir"in sürücüsü yaralanıb, Zaxarçenkonun özü isə xəsarət almayıb.

DXR təhlükəsizlik şurasının üzvü Sergey Kavtaradze bildirib: “Alekksandr Zaxarçenko sağ-salamatdır. Onun maşını atəşə tutulub. Hazırda baş verən hadisənin bütün təfərrüatları araşdırılır”.
Xatırladaq ki, Aleksandr Boroday öz səlahiyyətlərindən istefa verdikdən sonra avqustun 8-dən DXR-ə Zaxarçenko rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm