Putin: Ukrayna böhranı hamı üçün dərs olmalıdır
Bizi izləyin

Dünya

Putin: Ukrayna böhranı hamı üçün dərs olmalıdır

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını istəyib.

Publika.az-ın məlumatına görə, Rusiya Federasiyası prezidenti bildirib ki, hərbi əməliyyatları dayandırıb, payız-qış aylarına hazırlıq görülməlidir. Ukraynada hərbi əməliyyatı dəstəkləyən Qərb ölkələri Avropa demokratik dəyərlərini xatırlamalıdır.

Putin bunları Rusiyanın 1-ci kanalına müahibəsi zamanı deyib: "Məncə, bu haqda Rusiyadan başqa heç kəs artıq düşünmür", - deyə Putin Ukrayna prezidentindən şikayətlənib.

Putin qeyd edib ki, birinci şərt döyüşləri dayandırmaq və payız-qış ayı üçün lazımı təmir işləri görmək, infrasturukturu bərpa etmək lazımdır

Putin həmçinin Ukraynanın cənub-şərqində baş verən hadisələrə görə, ölkənin siyasi dairələri ilə danışıqların başlanmalı olduğunu qeyd edib:

"Ukrayna böhranı hamı üçün dərs olmalıdır, həmçinin Qərb ölkələri, gələcəkdə yaranan məsələləri sülh yoluyla həll etməlidirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm